Azərbaycan Uşaq Fondunun ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən boşaldıldığı iddia olunur.
"Bakupost" xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Zəhra Bədəlbəyli bununla bağlı video paylaşaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
O bildirib ki, Xidmətin əməkdaşları heç bir sənəd təqdim etmədən onları ofisdən çıxarmağa və otaqları boşaltmağa çalışırlar:
"Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. İndi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, məsələyə diqqət yetirəsiniz".
Lalə Novruz, BakuPost