Türkiyədə baş verən maraqlı hadisə diqqət çəkib.
"Bakupost" xəbər verir ki, Tekirdağ vilayətinin Çerkezköy rayonunda ekspertizaya gətirilən avtomobildən üzərində müxtəlif işarələr olan kağız aşkarlanıb.
Avtomobildən gələn pis qoxudan şübhələnən mütəxəssislər yoxlama aparıblar. Nəticədə hava yastığı bölməsində gizlədilmiş kağız tapılıb.
Kağızın cadu ola biləcəyi ehtimal edilib və yandırılıb. Hadisədən sonra avtomobili almaq istəyən şəxs fikrindən daşınıb.
Məlum olub ki, avtomobilin sahibi son iki ay ərzində 4-5 dəfə qəzaya düşüb.
“Başına gəlməyən hadisə qalmayıb”, - deyə bildirilib.
Dilay, BakuPost