ABŞ-ın Pensilvaniya ştatında böyük bir ailə və qohumlar yabanı göbələkdən zəhərləniblər.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, meşədən yığılmış göbələyi ata, ana, uşaqları və onlarda olan 2 yaxın qohumları yedikdən sonra özlərini pis hiss ediblər. Telefonları olmadığı üçün onlardan biri özünü pis hiss etsə də, 1 km yol gələrək, qəsəbədəki telefondan təcili yardıma zəng edə bilib.
Zəhərlənənlərin ən kiçiyinin 1 yaşı olub. Onları ölümdən son anda xilas edə biliblər.
Aygün Musayeva, BakuPost