Ru
11:45 / 14 Dekabr 2024

Bəxtsizlik ovçunu ayıya yem etdi - FOTO+VİDEO

Bəxtsizlik ovçunu ayıya yem etdi - FOTO+VİDEO
Eye


Rusiyada ayı ovçusu yırtıcının hücumuna məruz qalıb. Onu xilas etmək mümkün olmayıb.

Bakupost.az xəbər verir ki, hadisə Primoryenin Kirov rayonu ərazisində baş verib. Bu barədə regionun Təbiət Nazirliyi məlumat yayıb.

Məlumata görə, ovçu Kirov rayonunda yaşayış məntəqəsindən 11 km aralıda ayını izləyirmiş. Ayının yuvasını tapdıqdan sonra atəş açıb, yırtıcı yuvasından çıxıb və bu vaxt ovçu yenidən ona atəş aşmaq istəsə də, tüfəngi açılmayıb.

Yırtıcı ovçunu parçalayıb. İlkin məlumatlara görə, bu, böyük ölçülü erkək qonur ayı olub. Heyvan yaralanmayıb. Ovçuluq müfəttişləri Kirov Ovçular və Balıqçılar İctimai Təşkilatı ilə birgə xüsusi təlim keçmiş itlərin köməyi ilə yırtıcını axtarırlar.

Lalə Novruz, BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar