Ru
14:47 / 10 Noyabr 2025

Fransa millisi hücumçusunu itirdi – Azərbaycanla oyun qabağı

Fransa millisi hücumçusunu itirdi – Azərbaycanla oyun qabağı
Eye

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Fransa millisi ciddi itki ilə üzləşib. “Tottenham Hotspur”un hücumçusu Randal Kolo Muani, “Manchester United” ilə 2:2 bitən oyunda zədələnməsi səbəbindən bu ay keçiriləcək Dünya Kuboku seçmə oyunlarında çıxış edəcək Fransa millisi heyətindən çıxarılıb.

BakuPost.az xəbər verir ki, “Mançester Yunayted”lə oyunda Harri Maquayrla toqquşan futbolçu oyunu yarımçıq tərk etmişdi. Əvvəlcə zədənin böyük olmadığı bildirilən oyunuçunun müayinələrdən sonra çənəsində sınıq aşkar edildi.

Baş məşqçi Didye Deşam Maninin yerinə yerinə “RC Lens”in cinah hücumçusu Florian Thauvini milliyə dəvət edib. Kolo Muani Fransa millisində keçirdiyi 31 oyununda 9 qol vurub.

Dörd oyundan sonra 10 xal toplayan Fransa “D” qrupunda liderdir. növbəti oyunlarını Ukrayna ilə evində keçirəcək Fransızlar, ardınca səfərdə Azərbaycan millisi ilə qarşılaşacaqlar. DÇ-2026-ya vəsiqəni təmin etmək üçün Fransa millisinə 6 xal kifayət edir.

Qeyd edək ki, Azərbaycan-Fransa yığmaları noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək. tərəfindən milliyə dəvət edilmişdi.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar