Ru
21:35 / 24 Oktyabr 2026

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Eye

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.

“Bakupost”un "Qafqazinfo"ya istinadla məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, Elmarla birgə “Sabunçu Emil” də hadisə yerindən qaçıb gizlənmişdi.

Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar