Ru
19:43 / 24 Oktyabr 2026

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı -  DTX-dən əməliyyat
Eye

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub.


"Bakupost" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub.

Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, dəhşətli cinayətdə öldürülən Ceyhunun isə öz ətrafında "Ceyhun Sabunçu" adı ilə tanındığı bildirilir.

Hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə, Elmar Cəfərov, Emin Rəhimov və isə qəsdən adamöldürməyə görə saxlanılıblar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar