Ru
16:11 / 25 Oktyabr 2026

İranlı nazir azərbaycanlı qızları siğə üçün çağırır? - Gültəkin Məcidovanın şok etirafı

İranlı nazir azərbaycanlı qızları siğə üçün çağırır? - Gültəkin Məcidovanın şok etirafı
Eye

Ölkəmizdə məktəblərdə şagirdlərin geyimi ilə bağlı qaydaların sərtləşdirilməsindən sonra Azərbaycanda məktəbli qızların “təhsil hüququnun pozulması” iddiasını dilinə almağa utanmayanlardan biri də İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf oldu. Hüseyn Simayi dedi ki, geyim forması təhsilə mane olmamalıdır, üstəlik o, İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu da elan etdi.

Hüseyn Simayi Sərraf “geyim təhsilə mane olmamalıdırsa, bəs, niyə İranda hicab geymək, başını bağlamaq istəməyənlər nəinki məktəblərə buraxılmır, hətta edam edilir” sualı ilə qarşılaşacağını anlayacaq qədər sərraf deyilmiş. Üstəlik, iranlı nazir “təhsil hüququ” ilə bağlı danışa biləcək dünyanın ən sonuncu naziri yox, ən sonuncu insanı ola biləcəyini də başa düşməyib. Bu ölkədə ümumilikdə əhalinin az qala yarısını təşkil edən Azərbaycan türklərinin ana dilində təhsil almaq hüququ təmin edilməyib, baxmayaraq ki, bu hüquq İran konstitusiyasında təsbit edilib.

Digər tərəfdən, İranda təhsil almağı seçən (“hansı məntiqlə” sualı ayrı məsələdir - red.) azərbaycanlı qızların dəhşətli etirafları da var və görünür, iranlı nazir artıq o hadisələrin unudulduğu və yaxud ört-basdır edildiyini düşünür.

Elə isə yada salaq ki, İranda təhsil almış Gültəkin Məcidova adlı azərbaycanlı qız Qum şəhərinin imam cüməsi tərəfindən zorlandığını axır ki, özündə cəsarət taparaq, etiraf etmişdi. 2006-ci ildə İranın Qum şəhərində təhsil almış Gültəkin Məcidova daha dəhşətli bir etirafda da bulunmuşdu. O bildirmişdi ki, İranda təhsil alan azərbaycanlı qızların hamısının bakirəliyi pozulur.

“Azərbaycana qayıdanda çoxları evlənə bilmirlər. Qorxurlar ki, toy gecəsi evlərinə geri qaytarılarlar. Ona görə də çoxu Ocaq Necat (yəqin ki, Seyid Əli Əkbər Ocaqnejad, İranın Ali dini rəhbərinin Azərbaycandakı keçmiş nümayəndəsi nəzərdə tutulur - red.) kimi dələduzlarla siğə edərək cinsi ehtiyaclarını qarşılayırlar”, - o bildirmişdi.

Gültəkin Məcidova qeyd etmişdi ki, mədrəsədə təhsil alanda bəzi din alimləri deyirdilər ki, bakirə qız istəsə, siğə edə bilər. Onları siğəyə qadın müəllimlərin vasitəsi ilə cəlb ediblər:

"Qızları (6 qız olublar - red.) Qum şəhərinin imam cüməsinin evinə apardılar ki, Fatimeyi-Zəhra mövludu olacaq. Biz də sevinə-sevinə getdik. Gecə saat 11-də məni imam cümənin otağına saldılar və mənimlə siğə etdi. Utandığımdan səsimi çıxara bilmədim. Çünki bizə öyrətmişdirlər ki, “İranda hər hansı şəhərin imam cüməsi Ayətullah Xameneinin nümayəndəsidir. Ayətullah Xamenei də 12-ci imam, qeybdə olan İmam Sahib əz-Zaman Ağanın nümayəndəsidir. Əgər imam cüməyə qarşı gəlsən, elə bil ki, qeybdə olan 12-ci imam qarşı çıxmış olursan".

Gültəkin Məcidovanın sözlərinə görə, səhərə yaxın mədrəsəyə qayıdıb və sonra anlayıb ki, orda olan digər mömin bacıların hamısı ilə başqa-başqa otaqlarda din alimləri siğə edib:

"Mən bir neçə ay sonra Azərbaycana qayıtdım. Dəli olmuşdum ki, bizi İrana din öyrənməyə aparırlar, sonra isə siğə edirlər. Digər bacıların bəziləri indiyə kimi İranda qalıblar. Bir neçəsi hamilə qalıb və uşağı dünyaya gəlib. Amma uşağın atasi kimdir, bilinmir. Çünki o hadisədən sonra həmin bacılar on dəfədən çox siğə ediliblər".

Gültəkin Məcidova iddia edir ki, bu hadisədən sonra çox valideyn qızlarını İranda təhsil almağa buraxmır və təhsil alanların çoxu valideynlərin israrından sonra Azərbaycana qayıdıblar.

Gültəkin Məcidova bir firmada işlədiyini bildirib. Amma indiyə kimi evlənə bilməyib. O, bu hadisədən sonra hicabı atıb, namaz da qılmır. "Mollalar insana nifrət etdirirlər. Bilirəm bu islamın günahı deyil. Bu molla şərəfsizlərinin din adı altında oyunlardan çıxmasıdır. Bəlkə gələcəkdə yenidən hicaba keçərəm. Amma indi qəlbim çox sınıb".

G.Məcidovanın bu etirafları 2018-ci ildə Azərbaycan mediasında yayılmışdı. Bu iddialara İran rəsmilərinin heç bir rəsmi cavabı yoxdur.

Onu da vurğulayaq ki, bu cür etiraflar kifayət qədərdir. Hətta Qumda təhsil alan gənc oğlanların da başına pislik gətirildiyi barədə iddialar mövcuddur.

Hüseyn Simayi Sərraf əvvəlcə İranda “geyim fərqi olmadan” təhsilə çalışmalı, sonra azərbaycanlıların ana dilində təhsil almasının təmin edilməsinə nail olmalı, sonra siğə adı ilə gənc qızların fahişəliyə cəlbinin legitimləşdirilməsi kimi eybəcərliyin ortadan qaldırılması üçün mübarizə aparmalı, sonra da bir elm naziri kimi, dünyanın ən böyük sərvətlərinə sahib olan İran kimi zəngin bir ölkə iqtisadiyyatının hazırkı gününə ağlamalı, ölkəsini bu durumdan çıxartmaq yolunda mövqeyini bildirməlidir.

Başqa ölkələrin daxili işlərini burun soxmasaydılar, indi İran regionun ən çiçəklənən iqtisadi gücü idi.

Asena,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar