Ru
22:21 / 24 Oktyabr 2026

Qətlin baş verdiyi restoran kimə məxsusdur?

Qətlin baş verdiyi restoran kimə məxsusdur?
Eye

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda, Əhmədli qəsəbəsində restoranda baş verən kütləvi dava nəticəsində bir nəfər ölüb (Ceyhun Mirağayev), bir neçə nəfər yaralanıb. Dava “Ab Hava” (Ab Hava Green Tone Restoran) restoranında baş verib.

"Bakupost" xəbər verir ki, Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 143 (Neapol dairəsi yaxınlığında) yerləşən bu ailəvin restoranın kimə məxsus olması müzakirə yaradıb.

İqtisadçı-jurnalist, “P-S Media” şirkətinin rəhbəri Odər Qəni hazırda həmin restoranla heç bir əlaqəsi olmadığını bildirib. O, sosial şəbəkə hesabında yazıb ki, restoranı 2 il əvvəl satıb. O.Qəni əlavə informasiya verməyib, sadəcə, adının restoran sahibi kimi hallanmasına etiraz edib.

Xatırladaq ki, dava zamanı qətl törədib qaçanları DTX yaxalayıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar