Ru
17:06 / 25 Oktyabr 2026

Deputatın oğlu məhkəməyə belə gətirildi - VİDEO

Eye

Kafedəki ölüm hadisəsi ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu, cinayətkar dəstənin üzvü Əhməd Əlizadə məhkəməyə gətirilib.


“Bakupost” xəbər verir ki, bununla bağlı “Real TV” görüntülər yayımlayıb.

Onların hazırda məhkəmə prosesi keçirilir.

Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.

Məlumat üçün bildirək ki, hadisədən sonra qətli törədib qaçaraq gizlənən “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar