İstanbulda yerləşən “beIN Sports” televiziya binasında silahlı hücum olub. Hadisə Bakı vaxtilə saat 13:00 radələrində baş verib. Silahla binaya daxil olan Kamal S., kanalın şərhçisi Güntəkin Onayın təhlükəsizlik işçisi olan həyat yoldaşını təhqir etdiyini iddia edib.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Televiziya binasından gələn ilkin görüntülərdə, silahlı şəxsin masada oturduğu və əlində silah olduğu müşahidə olunub. Hadisə barədə polisə məlumat verildikdən sonra əraziyə təcili təhlükəsizlik dəstələri cəlb edilib.
Təxminən yarım saatlıq danışıqlardan sonra polislər silahlı şəxsi razı sala biliblər. Daha sonra silahlı şəxs binadan çıxarılaraq polis idarəsinə aparılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Binanın təhlükəsizlik tədbirləri gücləndirilib.
Cavid, BakuPost