Ru
20:15 / 26 Avqust 2026

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu
Eye

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva daha bir iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

"Bakupost" xəbər verir ki, bu barədə "Unikal"a vəkil Əli Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. pizza mizza

Vəkil bildirib ki, Könül Həmzəyeva nümayəndəsi olduğu şəxs Röyal Ələddin oğlu Masiyev barəsində kütləvi informasiya vasitəsində həqiqəti əks etdirməyən məlumat yazdığına görə, Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bundan başqa, Könül Həmzəyeva ilə bağlı tanınmış influenserlər də şikayətçidirlər. Belə ki, Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

İstintaq Xətai RPİ-də davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar