Ru
19:13 / 26 Avqust 2026

Tramp Xamenei haqda: "Öldüyünü düşünmürəm"

Tramp Xamenei haqda:  "Öldüyünü düşünmürəm"
Eye

“İranın Ali Rəhbərinin sağ olduğu, lakin ağır yaralandığı bildirilib”.


“Bskupost” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Glenn Beck Program” verilişinə müsahibəsində bəyan edib.

Tramp müsahibə zamanı İranın Ali Liderinin vəziyyətinə toxunub:

“Onun öldüyünü düşünmürəm. O, çox ciddi şəkildə yaralanıb”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Birləşmiş Ştatlar və İran arasındakı müharibənin “kifayət qədər tezliklə” başa çatacağını bildirib. Trampın sözlərinə görə, strategiya baxımından mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazı artıq açıqdır və hazırda oradan çoxlu sayda gəmi keçir.

“Biz onların keçidinə şərait yaradırıq. Ərazidə minalar qalmayıb. Yəqin ki, dünən bu barədə verdiyimiz məlumatı görmüsünüz. Bütün minaları təmizləmişik və boğaz fəaliyyətini bərpa edib”, – deyə ABŞ lideri əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar