Ru
18:05 / 26 Avqust 2026

“Hyundai” model sayını artırır

“Hyundai” model sayını artırır
Eye

“Hyundai” qlobal avtomobil bazarında mövqeyini gücləndirmək üçün 100-dən çox yeni və yenilənmiş model təqdim etməyə hazırlaşır.

“Bakupost” xəbər verir ki, şirkət ABŞ-də “Toyota” ilə rəqabəti gücləndirmək və Çinli avtomobil istehsalçılarına qarşı mövqeyini möhkəmləndirmək üçün 18 yeni seqmentə daxil olacaq.

Plan çərçivəsində ABŞ bazarına 58, Avropaya 41, Hindistana 26, Çinə isə 22 yeni və yenilənmiş model təqdim ediləcək.

“Hyundai” elektrikli avtomobillərə tələbatın zəifləməsi fonunda elektrikli və hibrid modellərin sayını artıracaq.

Şirkət yaxın 8 ay ərzində yeni Tucson hibrid, tam elektrikli Ioniq 3 və bir şarjla 966 kilometrdən çox məsafə qət edə bilən “Santa Fe EREV” də daxil olmaqla 7 yeni model təqdim etməyi planlaşdırır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar