Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez oğlu Maksın illər əvvəl onun səhnə geyimləri ilə bağlı verdiyi maraqlı iradı xatırlayıb.
"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə Dryu Barrimorun verilişində qonaq olarkən danışıb.
Lopezin sözlərinə görə, təxminən 10 il əvvəl Las-Veqasda konsertindən sonra oğlu Maks ona səhnədə niyə heç vaxt şalvar geyinmədiyini soruşub.
Müğənni oğlunun bu sualına belə cavab verdiyini bildirib:
“Mən ifaçıyam. Mən rəqqasəyəm, şou qızıyam. Mənim peşəm bunu tələb edir”.