Ru
17:32 / 28 Noyabr 2026

Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident... - Anbaan video

Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident... -  Anbaan video
Eye

İsrailli və türkiyəli azarkeşlər arasında növbəti insident bu dəfə stadionda deyil, Batumi hava limanında baş verib.


"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumatlar yayılıb.

Məlumata görə, israilli azarkeşlərdən biri ölkəsinin “Hapoel” futbol klubunun bayrağını nümayiş etdirərək “Beşiktaş” azarkeşlərinin qəzəbinə səbəb olub.

Polis müdaxilə edərək kütləvi davanın başlamasının qarşısını alıb.

Qeyd edək ki, noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş” – “Hapoel” matçı zamanı da azarkeşlər arasında kütləvi qarşıdurma yaşanmışdı.

Türkiyəli azarkeşlərin Fələstin bayraqları qaldırması və İsrail əleyhinə şüarlar yazılmış plakatlar nümayiş etdirməsi gərginliyə səbəb olmuşdu.

Hadisə zamanı saxlanılan Türkiyə klubunun 16 azarkeşi ertəsi gün sərbəst buraxılmışdı.


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar