Ru
15:45 / 28 Noyabr 2026

İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı - Ölənlər var

İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı - Ölənlər var
Eye

İndiyə qədər İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Nişapur şəhərində 241 nəfər spirtli içkilərdən zəhərlənib.


"Bakupost" xəbər verir ki, bu barədə Nişapur Tibb Elmləri Universiteti məlumat yayıb.

“Spirtli içkilərdən zəhərlənmə nəticəsində indiyə qədər 5 nəfər ölüb”, -deyə məlumatda qeyd olunur.

Bildirilir ki, zəhərlənənlərdən 177 nəfər müalicədən sonra buraxılıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin direktoru Hüseyn Kirmanpur “X” sosial şəbəkəsində İranda 31 oktyabr- 25 noyabr aralığında İranda spirtli içkilərdən 543 nəfərin zəhərləndiyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, zəhərlənmə nəticəsində 23 nəfər ölüb. Zəhərlənənlərdən 55-i qadın, 488 nəfəri isə kişidir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar