Ru
17:02 / 28 Noyabr 2026

Belə övlada miras buraxmaram – Mahsun Qırmızıgül

Belə övlada miras buraxmaram – Mahsun Qırmızıgül
Eye

Türkiyəli müğənni və aktyor Mahsun Qırmızıgül miras bölgüsü ilə bağlı açıqlaması ilə diqqət çəkib.


"Bakupost" xəbər verir ki, müğənni ailələrdə miras üstündə yaranan mübahisələrdən danışaraq ataların sağlığında əmlaklarını övladları arasında bərabər bölüşdürməsinin vacibliyini vurğulayıb.

“Ailənin böyüyü dünyasını dəyişəndə övladlar təəssüf ki, bir-birinə düşmən kəsilir. Əslində, atalar sağlığında bunu edə bilsə, heç bir problem yaranmaz. Övladların bir-birinə düşmən kəsilməməsi üçün mirasın əvvəlcədən bərabər bölünməsi lazımdır. Elə övladlar var ki, atalarının ölməsini, mirasa sahib çıxmağı gözləyirlər. Bu da böyük vəfasızlıqdır. Mən olsam, belə övlada heç nə qoymaram”, - deyə Mahsun bildirib.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar