Türkiyənin Samsun şəhərində təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə kiçik mühərrikli təyyarənin Çərşənbə hava limanına eniş etdiyi zaman baş verib.
Hadisədən dərhal sonra əraziyə xilasetmə qrupları göndərilib.
Təyyarəni idarə edən tələbə pilotun xəsarət almadığı bildirilib.