“Məni həbs edəcək dövlət tanımıram” dedi, saxlanıldı
0
Türkiyənin Hatay vilayətində canlı yayım zamanı “Məni həbs edəcək heç bir dövlət tanımıram" deyən Mehmet Uğur Yumuşaka qarşı Hatay Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun cinsi təcavüz və iki təhdid-təhqir xarakterli olmaqla, ümumilikdə 3 cinayətinin olduğu üzə çıxıb.
Şübhəli şəxsə qarşı məhkəmə prosedurları başlanılıb.