Ru
22:04 / 28 Noyabr 2026

İlon Maskın son 24 saat ərzindəki qazancı AÇIQLANDI

Eye

Amerikalı sahibkar İlon Maskın sərvəti son 24 saat ərzində 39,7 milyard dollar artıb.


"Bakupost" xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, cümə günü Nasdaq fond birjasında "SpeysX" səhmləri 4,83% artaraq 133,59 dollara, "Tesla" səhmləri isə 5,22% yüksələrək 400 dollara çatıb.

Son 24 saat ərzində İlon Maskın sərvəti 4,8% artaraq 859 milyard dollara yüksəlib. Bununla da o, "Blumberq" milyarderlər indeksində ən varlı iş adamı mövqeyini qoruyub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar