Ru
17:53 / 26 Avqust 2026

Bəs mənimlə evlənəcəkdin, bu xəyanətdir... – Rəşid Behbudovun qızı Bülbüloğlunun evlənməsindən yazdı

Bəs mənimlə evlənəcəkdin, bu xəyanətdir... – Rəşid Behbudovun qızı  Bülbüloğlunun evlənməsindən yazdı
Eye

Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun 3-cü dəfə evlənməsi ilə bağlı yayılan məlumatlar gündəmdə müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Rəşid də xəbəri sosial şəbəkə səhifəsində paylaşaraq, maraqlı şərh yazıb:

“Mənim sevimli quşcuğazım. Axı sən mənlə evlənəcəyini söz vermişdin, uzun illər mənə and içmişdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən xahiş etmişdin. Necə bir xəyanət... xəyanət...”

Şərhlərdə onun bu sözlərı ironiya ilə yazdığı məlum olub.

Qeyd edək ki, Rəşidə Rəşid özü ailəlidir, bir oğlu var.

Xatırladaq ki, Rəşidə Rəşid atası Rəşid Behbudova olan münasibət və haqsızlıqla bağlı uzun illər Polad Bülbüloğluna qarşı tənqidi münasibət göstərib.

Aygün, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar