Ru
16:10 / 17 Yanvar 2023

200 avropalı ekspert İrəvana niyə göndərilir? - İlqar Vəlizadənin ŞƏRHİ

2548
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir. 200 nəfərdən ibarət olan heyətin yalnız Azərbaycanla sərhəddə deyil, Ermənistanın bütün ərazisində yerləşdirilməsi nəzərdə tutulur.


Maraqlıdır, Ermənistana yeni, həm də daha böyük müşahidə missiyasının göndərilməsində məqsəd nədir?


Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Bakupost.az -a bildirib ki, Ermənistan tərəfi bu mssiyadan alət kimi istifadə etməyə cəhd göstərir:

"Ötən ilin oktyabrında Praqada keçirilən sammitdə bu məsələ ilə bağlı ətraflı fikir mübadiləsi oldu. Azərbaycan tərəfi iki ay müddətində müşahidə missiyasının Ermənistan ərazisində fəaliyyət göstərməsinə razılıq verdi. Bu müddət bitəndən sonra heç kim bu məsələni Azərbaycanla müzakirə etməyib. Ona görə də bu, birtərəfli qaydada atılan addımdır və regionda baş verən proseslərin normallaşmasına gətirib çıxarmır. Ermənistan tərəfi çalışır ki, müşahidə missiyasının fəaliyyəti nəticəsində hansısa "faktlar" müəyyənləşdirsinlər. Daha sonra danışıqlar prosesində bundan Azərbaycana qarşı istifadə etsinlər".
Politoloqun fikrincə, Ermənistana 200 nəfərlik müşahidə missiyasının göndərilməsi həm də bu ölkədə Rusiyanın təsirini bir qədər də zəiflətməyə hesablanıb:

"Bütün hallarda ermənilər postmünaqişə dövründə baş verən proseslərdən istifadə edirlər. Bu da məsələyə həssaslıq gətirir. Azərbaycana qarşımüşahidə missiyasından istifadə olunması yolverilməzdir".
Əfsanə Rəcəb
BakuPost
Şərhlər
  • t.ədalət

    Avropa regionda vəziyyəti gərginləşdirənin Putin olduğunu bilir.Ona görə də nəzarətçilərini ermənistana göndərir ki,Putinin növbəti fırıldaqlarından xəbərdar olsun.Xankəndi-Laçıln dəhlizi də Putinin layihəsi ola bilər.Çünki Putin aranı qızışdırmaq üçün səbəb axtarır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər