Ru
11:54 / 17 Yanvar 2023

Azərbaycanla sərhəddə 200 avropalı müşahidəçi göndəriləcək - Yeni qərar

Azərbaycanla sərhəddə 200 avropalı müşahidəçi göndəriləcək - Yeni qərar
Eye

Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərmək niyyətindədir. Bu dəfə müşahidəçilərin fəaliyyəti iki ay deyil, ən azı iki il davam edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Azadlıq” radiosu öz mənbələrinə istinadən bildirib.

Qeyd olunur ki, ötən həftə bu layihə Avropa Şurasının Siyasət və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib. Dünən isə layihənin müşahidə missiyaları ilə məşğul olan əsas struktur - Anti-Böhran İdarəetməsi üzrə Mülki Məsələlər Komitəsi tərəfindən təsdiq edildiyi bildirilir.

Üstəlik, ötən ilin oktyabrında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən 40 nəfərlik qrupdan fərqli olaraq, bu dəfə avropalı müşahidəçilər Ermənistanın bütün ərazisində müşahidə missiyası həyata keçirəcək.

Əvvəlki missiyada olduğu kimi və bu dəfə də müşahidəçilər silahsız olacaqlar.

Nə qədər müşahidəçinin gələcəyi hələlik rəsmi olaraq açıqlanmayıb. Bununla belə, KİV-in məlumatına görə, yeni missiyaya iki yüzə yaxın avropalı mütəxəssis daxil olacaq.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar