Ru
12:26 / 28 Sentyabr 2026

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Eye

Gürcüstanda qanunsuz əsaslarla olan 50 əcnəbi saxlanılıb, onların arasında Azərbaycan vətəndaşları da var.

"Bakupost"a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşlarının ölkə üzrə keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tayland, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın Əcnəbilərin və Vətəndaşlığı Olmayan Şəxslərin Hüquqi Statusu haqqında qanunun tələblərini pozaraq ölkə ərazisində qanuni əsas olmadan olublar.

Hazırda onlar Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Saxlanılan şəxslərin Gürcüstandan çıxarılması ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar