Ru
12:08 / 28 Sentyabr 2026

DYP-dən yük maşını sürücülərinə çağırış

DYP-dən yük maşını sürücülərinə çağırış
Eye

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə müraciət edib.

İdarədən "Bakupost"a verilən məlumata görə, müraciətdə son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlindiyi bildirilib.

"Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri, ara məsafəsini düzgün seçmələri, ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri, yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri, nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri, iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri, sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri və hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır”, - məlumatda qeyd olunub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar