Ru
11:21 / 28 Sentyabr 2026

Bloger “Bolt”a od püskürdü: “Sürücüləriniz "avtoşluq" edirlər, əllərindən telefon düşmür" - VİDEO

Bloger “Bolt”a od püskürdü: “Sürücüləriniz "avtoşluq" edirlər,  əllərindən telefon düşmür" - VİDEO
Eye

Bloger Mehin Oktaylı “Bolt” şirkətinin sürücülərindən narazılığını ifadə edib.

“Bakupost” xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda sürücülərin davranışını və avtomobillərin vəziyyətini sərt tənqid edib.

“Sürücülərinizin yarısı çox bərbaddır. Maşınlarınız bərbaddır. "Biznes" çağırırsan, içi sınıq-salxaq maşın gəlir. Sürücülərinizin yarısının əlindən telefon düşmür, yola baxmırlar. Qəribə mahnılar qoyub, "avtoşluq" edirlər. Siz bu sürücüləri işə götürəndə onları nə üzrə test edirsiniz, necə işə alırsınız? Bir çoxu insanların həyatını riskə atırlar. "Komfort" və ya "Biznes" çağırırsan ki, rahat yol gedəsən. Amma sürücülərinizin əlindən necə rahat yol gedim?! Yolboyu içim əsir, əlimi sıxıram”, – deyə Mehin Oktaylı bildirib.

Lalə, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar