Ru
14:17 / 12 Noyabr 2026

Qardaşını avtomobillə vurub, videoya çəkən sürücü saxlanıldı - VİDEO

Eye

Sosial şəbəkələrdə sürücünün avtomobillə piyadanı qəsdən vurmasını əks etdirən videogörüntülərlə bağlı polis tərəfindən araşdırma aparılıb.

"Bakupost" Patrul.az-a istinadla xəbər verir ki, araşdırma zamanı hadisənin Sabunçu rayonu ərazisində baş verdiyi, görüntülərdəki sürücünün isə 23 yaşlı S.Göyüşov olduğu müəyyən edilib. Həmçinin avtomobillə vurulan şəxsin sürücünün doğma qardaşı olduğu və hadisənin zarafat məqsədilə törədildiyi məlum olub.

Sabunçu rayonunda polis tərəfindən saxlanılan S.Göyüşov barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar