Özünə 25 il əvvəl Azərbaycanda qəbir hazırlatdırdığını açıqlayan aparıcı Sərxan Kərəmoğlunun vəsiyyəti diqqət çəkib.
“Bakupost” xəbər verir ki, o, "Sevilən səhər" proqramında xaricdə vəfat edəcəyi təqdirdə cənazəsinin Azərbaycana gətirilməsini istəmədiyini bildirib.
S.Kərəmoğlu deyib ki, əsas arzularından biri öldüyü ölkədə kremasiya olunmaqdır:
“Təyyarədə partlaya bilərsən, gəmidə bata bilərsən. Amma mənim bir vəsiyyətim də var. Məsələn, övladlarım burada yaşamır, bir ayağım müxtəlif ölkələrdədir. Mən demişəm ki, dünyanın istənilən yerində rəhmətə gedə bilərəm, amma cənazəmi Azərbaycana gətirən adam kafirdir. O cənazə gətirilməməlidir. Mənim ən böyük arzularımdan biri də budur ki, dünyanın harasında rəhmətə gedirəmsə, elə orada da kremasiya (meyitin yandırılması) olunsun. Bu, mənim istəyimdir. İstəmirəm ki, çürüyüm”, - deyə Sərxan Kərəmoğlu bildirib.
Yasəmən, BakuPost