Ru
10:56 / 12 Noyabr 2026

Körpüdən aşan sürücünün son vəziyyəti - FOTO

Körpüdən aşan sürücünün  son vəziyyəti - FOTO
Eye

Ötən gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində körpünün üzərindən köməkçi yola aşan minik avtomobilinin sürücüsü Vüsal Nəsirlinin vəziyyəti açıqlanıb.

"Bakupost" xəbər verir ki, bu barədəTƏBİB-dən məlumat verilib.

Bildirilibg ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 19 yaşlı şəxs ötən gün saat 12:00 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Döş qəfəsinin və bud çanağının əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ötən gün Babək prospekti üzərindəki körpüdə "BMW” markalı avtomobil idarəetmədən çıxıb. Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar