Ru
13:11 / 28 Sentyabr 2026

İpoteka ödəyən şəxs öləndə ev kimə qalır?

İpoteka ödəyən şəxs öləndə ev kimə qalır?
Eye

İpoteka krediti ödəyən şəxsin vəfat etməsi ailə üçün yalnız mənəvi deyil, həm də ciddi hüquqi və maliyyə sualları yaradır. Belə hallarda əsas məsələlərdən biri ipoteka ilə alınmış mənzilin taleyi və mərhumun kredit borcunun varislərə keçib-keçməməsidir.

Bəs borcalan öldükdə ipoteka krediti silinirmi, yoxsa borc və mənzil birlikdə vərəsələrə keçir?

"Bakupost" xəbər verir ki, hüquqşünas Elşad İsayev bu barədə Bakıvaxtı.az-a danışarkən borcalanın vəfat etməsi ipoteka kreditinin avtomatik olaraq silinməsi demək deyil deyib.

“Ümumi qayda belədir: borcalan vəfat etdikdə ipoteka krediti avtomatik silinmir. Mirasın tərkibinə həm əmlak, həm də müəyyən öhdəliklər daxil olur. İpoteka isə əmlak üzərində yüklülük kimi davam edə bilər”, – deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, vərəsə mirası qəbul etdikdə miras qoyanın borc öhdəlikləri də nəzərə alınır. Bu baxımdan “ev mənə keçdi, amma kredit borcu keçmədi” prinsipi ümumi qayda hesab olunmur.

Elşad İsayev qeyd edib ki, ipoteka ayrıca təminat vasitəsidir. Kredit borcu ödənilmədikdə bank ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsini tələb edə bilər. Hüquqşünas bunun Mülki Məcəllənin 317-ci maddəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar