Ağdamda 3 otaqlı ev yanıb.
Bakupost.az xəbər verir ki, yanğın hadisəsi rayonun İmamqlubəyli kəndi ərazisində baş verib.
Rayonun Papravənd kənd sakini Heydər Məmmədova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı ev tamamilə yanıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gələrək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb.