Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Fakt araşdırılır.
***
15:53
Aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının(09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə
Bakupost.az -a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluq araşdırma aparır.