MedEra Ağadadaş Ağayevə niyə həkim göndərməyib? – Klinikadan AÇIQLAMA
21919
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən “MedEra” hospitalının gözətçisiylə mübahisə edib.
Vəziyyəti pisləşən müğənni klinikadan evə yardım göndərilməsini istəsə də, gözətçi ona xəstəxanaya gəlməsini bildirib.
Bundan əsəbiləşən Ağayev eyvandan baltanı ona tərəf atıb. Lakin balta orada işləyən xadimə qadının ayağına dəyib.
Məsələ ilə bağlı adı çəkilən “Med”era” hospitalı ilə əlaqə saxladıq.
Klinikadan Bakupost.az -a gah məlumatlarının olmadıqlarını, gah da ümumiyyətlə orada belə bir hadisənin baş vermədiyini qeyd edərək, dəstəyi asdılar.
Xatırladaq ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.
Aygün
BakuPost
Şərhlər
Roma
Burada günah Medera hospitalındadır. Belə ki, "dağ boyda", Xalqın artisti evə həkim çağırıb, sizsə etinadsızlığ, sayğısızlığ, biganəlik göstərmisiniz. "ayıb olsun2, o boyda kişini demək olar ki, əsəbləşdirmisiniz, dağdan ağır kişi də dözməyib bir balaca baltacığı demək olar ki, əlindən sürüşüb siz tərəfə düşüb...