İstanbul prokurorluğu həbsdə olan azərbaycanlı diplomatla bağlı rəsmi məlumat yayıb.
Bakupost.az -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, məlumatda Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü diplomatik korpusun əməkdaşı kimi təqdim edən Azərbaycan vətəndaşınin saxlanıldığı bildirilir.
Saxlanılan şəxsdən 70 kq qızıl götürülüb. Dindirilmə zamanı
Azərbaycan vətəndaşı götürdüyü qızılların ona məxsus olduğunu bildirib. İstintaq davam edir.
***
İstanbulda “Sarıyer” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı diplomat saxlanılıb.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomatdan 70 kq ağırlığında qızıl götürülüb.
Məlumata görə, saxlanılan azərbaycanlı diplomat Qərb ölkələrindəki diplomatik departamentlərdən birinin əməkdaşıdır.
Hazırda Xarici İşlər Nazirliyinin əməkdaşı həbsdədir.
Bu diplomat kimin qızıllarını daşıyırmış? Axı bu onun şəxsi malı ola bilmədiyini kor dakar da .dəli də anlaylr.70 kqr=70 000 qram.Hər qram qızıl 75 manatdan hesaba alsanız bu edər-5 250 000 manat. Bunun sadəcə diplomatın olmasın kim inanar.
Diplomat və 70 kq. qızıl???? Xarici İşlər Nazirliyi açıqlama versin görək onun əməkdaşı diplomatik fəaliyyətdədir yoxsa alverdə???? özüdə necə alver 70 kq. qızıl???