Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə keçmiş işçisi Vasif Bağırov arasında qalmaqal davam edir.
Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Vasif Bağırov 2017-ci ildə ABB-dəki işindən çıxarılıb.
17 il sözügedən bankda müxtəlif vəzifələrdə çalışan Vasif Bğırov işdən çıxarılmasını qanunsuz hesab edir. Vaqif Bağırovun sözlərinə görə, 25 oktyabr 2017-ci il tarixdə səhhəti ilə bağlı xəstəxanada müalicə alarkən ona məlumat verilmədən və heç bir hüquqi əsas olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) ilə işdən azad olunub.
Bu baxımdan, Vasif Bağırov ABB-nin Həmkarlarını İttifaqını məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsini onun iddiasını təmin etməyib. O, qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Səadət Səlimova iş üzrə hakim təyin edilib.
Vasif Bağırov "Şöhrət" ordeni ilə təltif olunmuş, Prezident təqaüdçüsü, əməkdar müəllim Sona Tağıyevanın oğludur.