Ru
23:42 / 17 İyun 2024

ABŞ bu ölkələrə sanksiya tətbiq etdi

ABŞ bu ölkələrə sanksiya tətbiq etdi
Eye

ABŞ Maliyyə Nazirliyi terrorizmlə bağlı sanksiyalar siyahısını genişləndirib.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

Siyahıya dörd fiziki şəxs, yeddi şirkət və bir tanker əlavə olunub.

Məhdudiyyətlər Yəmən, İraq və Ukrayna vətəndaşlarına şamil edilib. Siyahıya Çin, BƏƏ, Oman şirkətləri, həmçinin İraq və Suriyada yerləşən “Hərəkat Ənsar Allah əl-Avfiya” qruplaşması daxil edilib. Bundan əlavə, Kamerun bayraqlı tanker da sanksiyaya məruz qalıb.

ABŞ səlahiyyətliləri məhdudiyyətlərə məruz qalan şəxslərin və şirkətlərin Yəməndə husilərə silah ötürdüyünü əsas gətirirlər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar