Ru
18:48 / 12 Mart 2026

BMT-nin daimi üzvləri problemi həll etmir, özləri yaradırlar - Binəli Yıldırım

BMT-nin daimi üzvləri problemi həll etmir, özləri yaradırlar - Binəli Yıldırım
Eye

"BMT-nin daimi üzvləri problemi həll etmək əvəzinə özləri problem yaradırlar".


Bakupost.Az xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunda "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzusunda keçirilən panel müzakirəsi zamanı deyib.

O bildirib ki, qurum artıq dalana dirənib:

"Biz islahatlardan danışırıq, amma dəyişiklikləri daimi üzvlər təsdiqləməlidirlər. BMT Təhlükəsizlik Şurasının (TŞ) strukturu, veto mexanizmi yenidən gözdən keçirilməlidir. Yaxşı olar ki, veto daimi üzvlərin azı ikisinin bu hüquqdan istifadə etdiyi təqdirdə qoyulmuş olsun. TŞ-də müsəlman, Afrika dövlətləri təmsil olunmalıdır. Təşkilatı yer üzündən silmək əvəzinə liderlər konstruktiv yanaşma tətbiq etməlidirlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar