Ru
12:44 / 02 Aprel 2024

ABŞ-də quş qripi aşkarlandı

ABŞ-də quş qripi aşkarlandı
Eye

ABŞ-də 1 nəfərdə quş qripi aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Texas ştatının Səhiyyə Xidmətləri Departamenti açıqlayıb.

“Xəstə quş qripinə yoluxduğu güman edilən inəklərlə təmasda olduqdan sonra pisləşib. Bu, ABŞ-də bir insanda aşkar edilən ikinci quş qripi hadisəsidir”, deyə bildirilir.

Səlahiyyətlilər keçən həftə Texas və Kanzas ştatlarında inəklərdə quş qripinin aşkar edildiyini açıqlayıblar.

Açıqlamada insanlara yoluxma riskinin az olduğu, virusa yoluxmuş inəklərin karantinə alınaraq iki-üç həftə ərzində sağalacağı bildirilib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə aşkarlanan ilk hadisənin 2022-ci ildə Kolorado ştatında olduğunu açıqlayıb.

H5N1 quş qripinin yaratdığı insan xəstəlikləri yüngül (göz infeksiyası, yuxarı tənəffüs yollarının simptomları) ilə ölümlə nəticələnən ağır xəstəliyə (sətəlcəm) qədər dəyişir.


Aygün
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar