Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:22 / 11 İyul 2024

ABŞ "yanır" - 27 nəfər öldü

1851
ABŞ-də həddindən artıq istilər səbəbindən 27 nəfər ölüb.

Bakupost.az xəbər verir ki, ABŞ-də mövsümi normalardan yüksək temperatur milyonlarla insana təsir edib.

ABŞ-nin bir çox ştatlarında keçən həftə həddindən artıq istilər nəticəsində ən azı 27 nəfərin öldüyü açıqlanıb.

ABŞ mətbuatında dərc olunan xəbərə görə, ABŞ-nin Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında yaşanan həddindən artıq isti dalğasından təxminən "146 milyon insan" təsirlənir.




Termometrlər Nevada ştatının Las-Veqas şəhərində 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərdiyi halda, ABŞ-nin qərb hissəsində, xüsusilə də bir çox bölgədə rekord temperatur müşahidə olunur.

Səlahiyyətlilər həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyünü açıqlayıb.

İsti hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə işarə edən meteoroloqlar əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Səhiyyə mütəxəssisləri həddindən artıq istilər nəticəsində dünyasını dəyişən 27 nəfərdən bəzilərinin yaşı 65-dən yuxarı olsa da, həyatını itirənlər arasında gənclərin də olduğuna diqqət çəkib.





Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar