“Aztelekom”a yeni rəhbər təyin edilib.
Bakupost.az xəbər verir ki, bundan sonra quruma Həsən Ömərov rəhbərlik edəcək.
Bununla bağlı bildirilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqa-layihəsi artıq son mərhələsinə çatır.
“Aztelekom” ölkənin rəqəmsal infrastrukturunun inkişafına yönəldilmiş bu vacib təşəbbüsün əsas operatorlarından biri kimi çıxış edir. Görünür, bu layihədə Həsən Ömərov fərqləndiyinə görə onu qurumun rəhbəri təyin ediblər.
Qeyd edək ki, son günlər mediada və sosial şəbəkələrdə “Aztelekom” əlehinə kəskin
yazılar yayılır. İnternet xidmətinin bərbad durumu, yeni cərimələrin tətbiq edilməsi tənqid olunur.
Elnur
Baku Post
Yeni işində uğurlar. İnanıram ki Həsən müəllim bundan sonra da işin öhdəsindən uğurla gələcək. Belə savadlı və işgüzar şəxslər həmişə bizə lazımdır
Gələn görək internet qiymətlərini nə qədər qaldıracaq. Onsuzda bu yazıq milləti yıxıb sürüyürlər.
Rabitə qurumlarına peşəkar kadrlar təyin olunmalıdır! Qeyri-peşəkar kadrlar rabitəni keçmiş kolxoz idarəsinə döndəriblər. Rabitə dövlətin bel sütunudur. Ona görədə rabitədən xəbəri olmayan şəxslər rabitə qurumlarına rəhbərlik edirlər. Belə neqatif hallar vaxtında aradan götürülməlidir.