Türkiyədə 2 yaşlı körpə anasının eyni evdə yaşadığı sevgilisi tərəfindən ağır işgəncələrə məruz qalıb.
Bakupost.az xəbər verir ki, hadisə Sarayköy rayonu Aşağıməhəllədə baş verib.
Qadın başında, üzündə, kürəyində və bədəninin müxtəlif yerlərində döyülmə izləri olan 2 yaşlı oğlunu Sarayköy Dövlət Xəstəxanasına gətirib.
Körpənin tamamilə bağlı, sağ qolunda yara olan sağ gözündən şübhələnən xəstəxana işçiləri vəziyyəti polisə bildirdikdən sonra araşdırmalara başlanılıb.
Aygün, Bakupost