Ru
23:55 / 06 Noyabr 2026

"Volksvagen" ona 300 min avro ödəyəcək

"Volksvagen" ona 300 min avro ödəyəcək
Eye

"Volkswagen" qanunsuz işdən çıxarılan keçmiş top-menecerinə 300 min avro ödəyəcək.


"Bakupost" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” (VW) daxili məlumatları açıqlamaqda şübhəli bilinərək işdən çıxarılan keçmiş rəhbər əməkdaşlarından birinə təxminən 300 min avro əməkhaqqı borcunu kompensasiya etməlidir. Müvafiq qərarı Aşağı Saksoniya federal torpağının Braunşveyq Əmək Mübahisələri Məhkəməsi qəbul edib.

Məhkəmənin qərarına əsasən, şirkət keçmiş əməkdaşına təxminən bir illik əməkhaqqısını ödəməlidir. Sentyabrda isə oxşar iş üzrə ikinci top-menecerin xeyrinə qərar çıxarılıb və “Volkswagen” ona təxminən 200 min avro ödəməyə məhkum edilib.

Hər iki işdə söhbət əmək müqaviləsinə xitam verilməsi qaydasının qanunsuz dəyişdirilməsi nəticəsində yaranan gəlir fərqinin kompensasiyasından gedir. Məhkəmə hesab edib ki, şirkətin əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən dərhal işdən çıxarmaq üçün qanuni əsasları olmayıb. Bununla belə, adi qaydada işdən azad etmə hüquqi baxımdan etibarlı sayılıb.

Bu səbəbdən işəgötürən qanunvericilikdə nəzərdə tutulan xəbərdarlıq müddəti ərzində əməkdaşlara ödənilməli olan vəsaiti verməlidir.

“Volkswagen” rəhbərliyinin bu qərarına səbəb keçmiş əməkdaşların məxfi sənədləri icazəsiz şəkildə üçüncü şəxslərə ötürməkdə ittiham olunması olub. Şirkət iddia edir ki, onlar “Crafter” və “Grand California” kommersiya modelləri ilə bağlı daxili audit departamentinin hesabatlarını media nümayəndələrinə və dövlət qurumlarına, o cümlədən Aşağı Saksoniya Cinayət Polisi İdarəsinə göndəriblər.

“Volkswagen” bu hərəkətləri əmək öhdəliklərinin kobud şəkildə pozulması kimi qiymətləndirib və məhkəmə vasitəsilə cavabdehlərdən vəkillik xərclərinin qarşılanması üçün 380 min avro tələb edib. Lakin məhkəmə bu iddianı rədd edib.

Bundan başqa, məhkəmə avtomobil istehsalçısının keçmiş menecerlərin hüquq-mühafizə orqanlarına konkret olaraq hansı məlumatları ötürdüyü barədə dəqiq məlumat əldə etmək tələbini də təmin etməyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar