Ru
22:52 / 06 Noyabr 2026

Pensiyalarla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Pensiyalarla bağlı  SON DƏQİQƏ AÇIQLAMASI
Eye

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.

"Bakupost" xəbər verir ki, Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında 7,5 faizin ilkin proqnoz olduğunu bildirib.

Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.

Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.

Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov bildirib ki, bu yanaşma daha aşağı pensiya alan vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

7,5 faizlik artım pensiyalara necə təsir edə bilər?

Əmsal pensiyanın bütün məbləğinə tətbiq edilərsə, 500 manatlıq pensiya 37 manat 50 qəpik artaraq 537 manat 50 qəpiyə, 600 manatlıq pensiya isə 45 manat artaraq 645 manata çata bilər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar