Ru
21:46 / 06 Noyabr 2026

Hücum həyəcanı: Binalar təxliyə edilir, qurumlar ayaqdadır

Hücum həyəcanı: Binalar təxliyə edilir,  qurumlar ayaqdadır
Eye

Britaniyanın "Sky News" telekanalı digər KİV-lərlə yanaşı, onun da təhlükəsizliyinə təhdid barədə məlumat aldığını bildirib.


"Bakupost" xəbər verir ki, bu barədə telekanalın efirində aparıcının oxuduğu "Comcast" telekommunikasiya korporasiyasının bəyanatında deyilir.

“Biz təhdidi qiymətləndirmiş və baş verənlər barədə müvafiq qurumlara məlumat vermişik. Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün əsas prioritetdir və onların təhlükəsizliyini, eləcə də şirkətin fasiləsiz fəaliyyətini təmin etmək üçün hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edirik”, – deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl partlayış təhlükəsi ilə əlaqədar Dublində bəzi İrlandiya KİV-lərinin, o cümlədən "RTE" telekanalının, "Irish Independent" qəzetinin, "Newstalk", "Today FM", "Spin 1038" və "98FM" radiostansiyalarının redaksiya binalarından əməkdaşları təxliyə edilib. "Sky News" öz əməkdaşlarının təxliyəsi barədə məlumat verməyib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar