Ru
00:03 / 07 Noyabr 2026

Cəmil Həsənlinin bacısı oğlu saxlanılıb? - RƏSMİ

Cəmil Həsənlinin bacısı oğlu saxlanılıb? - RƏSMİ
Eye

Sosial mediada Cəmil Həsənlinin bacısı oğlunun saxlanılması barədə xəbərlər yayılıb.


"Bakupost" xəbər verir ki, yayılan xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq sosial mediada yayılan iddiaların əsassız olduğu, həqiqəti əks etdirmədiyi bildirilib.

Həmin şəxs bu günlərdə rayon polis şöbəsinə ümumiyyətlə gətirilməyib, polis əməkdaşlarının onunla hər hansı təması olmayıb.

O, cari il iyunun 3-də və iyulun 21-də sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə saxlanılıb, müvafiq qərarlarla bir halda 100 manat, digər halda isə 50 manat məbləğində cərimə olunub. Həmçinin sonuncu dəfə sentyabrın 11-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə qanunvericiliyə uyğun olaraq barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar