Ru
23:10 / 30 Aprel 2025

Xalq rəssamı Rafiz İsmayılov vəfat edib

Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Eye

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. 

Bakupost xəbər verir ki, görkəmli kino xadimi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov 30 aprel 2025-ci il tarixində, ömrünün 86-cı ilində vəfat edib.

Qeyd edək ki, Rafiz Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb.

1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət başlayan R.İsmayılov eyni zamanda Azərbaycan Dövlət Akademik Dram Teatrında, Opera və Balet Teatrında bir sıra tamaşaların quruluşçu rəssamı olub.

Ömrünü kino rəssamlığına həsr edən sənətkar müxtəlif illərdə lentə alınmış “Oxuyur Müslüm Maqomayev” (film-konsert), “1001-ci qastrol”, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Mezozoy əhvalatı”, “Dantenin yubileyi”, “Evin kişisi”, “Qəribə adam”, “Qara gölün cəngavərləri”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Fəryad”, “Təhminə”, “Küçələrə su səpmişəm”, “Cavad xan”, “Sübhün səfiri” və s. filmlərə bədii tərtibat verib. O, həmçinin bir neçə animasiya filminin də quruluşçu rəssamıdır.

Sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 1982-ci ildə “Əməkdar rəssam”, 2000-ci ildə “Xalq rəssamı” fəxri adlarına, “Sevinc buxtası” filminə görə isə Dövlət mükafatına (1978) layiq görülüb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar