Ru
18:30 / 30 Aprel 2025

Azərbaycanda avtomobil kreditləri bahalaşdı – Nə gözlənilir?

Azərbaycanda avtomobil kreditləri bahalaşdı – Nə gözlənilir?
Eye

Azərbaycanda avtomobil kreditləri bahalaşıb. Mərkəzi Bankın məlumatına görə, bu ilin I rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 % təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 2 faiz bəndi yüksəkdir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, kredit dərəcələrindəki artım avtomobil bazarına təsir edəcək:

“Avtomobil kreditlərinin faiz dərəcəsinin yüksəlməsi bazarda yeni avtomobillərə tələbi azaldacaq, köhnə avtomobillərə isə tələbi artıracaq. Nəticədə, ölkənin avtomobil parkının yenilənməsi prosesi bir qədər ləngiyə bilər”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar