Ru
23:01 / 07 İyun 2024

AFFA iki klubu cəzalandırdı

AFFA iki klubu cəzalandırdı
Eye

AFFA İntizam-komitəsi Azərbaycan II Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "Hypers" - "Şəfa" matçında baş verən hadisələrə görə hər iki klubun cəzalarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, oyununun 90+4-cü dəqiqəsində "Hypers" komandasının heyətində Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun cəzalandırılıb.

"Şəfa" komandasının üzvü Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün dörd oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar