Ru
22:21 / 09 May 2025

Aktyorun yeganə qızının miskin həyatı: küçədə yaşayır - VİDEO

Aktyorun yeganə qızının miskin həyatı: küçədə yaşayır - VİDEO
Eye

"Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva hazırda Moskvada küçədə yaşayır.

Bakupost.az xəbər verir ki, bu barədə "Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyev məlumat verib.

Onun sözlərinə görə, Cəmalə Mirzəyeva illər əvvəl Azərbaycandan köçüb:

"Bilinmir, niyə gedib. Küsüb gedib, ya başqa səbəb var? Ev-eşiyi olan insan bu duruma necə düşə bilər? Orada yaşayan həmyerlilərimiz ona yardım etmək istəsə də, o, köməkdən imtina edir və gizlənir. Cəmalə Mirzəyeva mərhum aktyor Ceyhun Mirzəyevin yeganə övladıdır".

Qeyd edək ki, Ceyhun Mirzəyev həm aktyor, həm də rejissor kimi son dəfə "Fəryad" filmində çəkilib. O, 1993-cü il martın 5-də vəfat edib.

Ətraflı süjetdə:


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar